Bu gün nə qədər adam peyvənd olunub?

bu-gun-ne-qeder-adam-peyvend-olunub
Oxunma sayı: 1944

Bu gün Azərbaycanda koronavirus əleyhinə 86 790 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 52 276, ikinci mərhələ üzrə 34 514 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 4 972 362, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 880 131, ikinci mərhələ üzrə isə 2 092 231 nəfər təşkil edir.