Bu gün nə qədər peyvənd vurulub?

Bu gün nə qədər peyvənd vurulub?
Oxunma sayı: 1936

Azərbaycanda son sutkada koronavirus əleyhinə 58 256 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 816, ikinci mərhələ üzrə 43 440 nəfərdir.

Vaksinasiyadan keçənlərin ümumi sayı 8 227 729, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 683 453, ikinci mərhələ üzrə isə 3 544 276 nəfər təşkil edir.