Bu gün nə qədər vaksin vurulub?

bu-gun-ne-qeder-vaksin-vurulub
Oxunma sayı: 1942

Azərbaycanda son sutkada koronavirus əleyhinə 67 977 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 583, ikinci mərhələ üzrə 52 394 nəfərdir.

Vaksinasiyadan keçənlərin ümumi sayı 8 485 952, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 745 715, ikinci mərhələ üzrə isə 3 740 237 nəfər təşkil edir.