Bu gün nə qədər vaksin vurulub?

Bu gün nə qədər vaksin vurulub?
Oxunma sayı: 1046

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 245 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 949, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 355, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 25 941 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 10 772 313, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 107 205, ikinci mərhələ üzrə 4 601 258 nəfər təşkil edir. Ümumilikdə isə 1 063 850 “buster” doza vurulub.