Bu gün neçə nəfərə vaksin vurulub?

bu-gun-nece-nefere-vaksin-vurulub
Oxunma sayı: 2109

Bu gün Azərbaycanda koronavirus əleyhinə 16 min 90 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 8 min 830, ikinci mərhələ üzrə 7 min 260 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 412 min 481, birinci mərhələ üzrə vaksin olunanların sayı 934 min 906, ikinci mərhələ üzrə isə 477 min 575 təşkil edir.