Bu gün neçə vaksin vurulub?

bu-gun-nece-vaksin-vurulub
Oxunma sayı: 1196

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 846 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 304, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 268, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1160, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 114 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 748 460, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 351 545, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 851 520, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 297 664, pozitiv nəticədən sonra buster doza olunanların sayı 247 731 təşkil edir.