Bu gün neçə vaksin vurulub?

bu-gun-nece-vaksin-vurulub
Oxunma sayı: 1338

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2210 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 417, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 113, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1416, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 264 nəfərdir.