Bu gün neçə vaksin vurulub?

Bu gün neçə vaksin vurulub?
Oxunma sayı: 688

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1140 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 660, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 165, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 265, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 50 nəfərdir.