Bu gün neçə vaksin vurulub?

bu-gun-nece-vaksin-vurulub
Oxunma sayı: 985

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 298 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 102, ikinci doza üzrə 106, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 68-dir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 22-dir.