Bu gün od çərşənbəsidir

bu-gun-od-cersenbesidir
Oxunma sayı: 1901


“Qafqazinfo”nun məlumatına görə, bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. 

Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Xalq deyimlərinə görə, ilk çərşənbədə su və su mənbələri yenilənir və hərəkətə başlayır, ikinci çərşənbədə odun, üçüncü çərşənbədə torpağın, dördüncü çərşənbədə isə küləyin köməyi ilə ağaclarda tumurcuqlar cücərir və bütün bunlar yazın gəlişindən xəbər verir.