Bu gün onların həyatı dəyişəcək

bu-gun-onlarin-heyati-deyisecek
Oxunma sayı: 2068

Bu gün 2016/2017 ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir.

Qafqazinfo” xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 47 binada aparılır. İmtahan mərkəzləri imtahandan bir gün əvvəl Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə son baxışdan keçirilib. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

İmtahanda istifadə olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.

İmtahanda 25956 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 22044 abituriyent I qrup üzrə, 3912 abituriyent IV qrup üzrə imtahan verəcəkdir. Abituriyentlərdən 23540 nəfəri (I qrup üzrə 19995, IV qrup üzrə 3545 nəfər) Azərbaycan bölməsinin, 2416 nəfəri (I qrup üzrə 2049 nəfər, IV qrup üzrə 367 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 15067 nəfəri (I qrup üzrə 13873 nəfər, IV qrup üzrə 1194 nəfər) oğlanlar, 10889 nəfəri (I qrup üzrə 8171 nəfər, IV qrup üzrə 2718 nəfər) isə qızlardır. 25457 nəfər orta ümumtəhsil məktəblərinin, 10 nəfər ali təhsil müəssisələrinin, 489 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 173 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1972-ci ildən, ən gənci isə 2001-ci ildəndir.