Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 min 615 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Qafqazinfo”ya verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 min 149, ikinci mərhələ üzrə 8 min 466 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 milyon 55 min 986, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 milyon 184 min 780, ikinci mərhələ üzrə isə 871 min 206 təşkil edir.

Son xəbərlər
Son Xəbərlər