Bu gün püşkatma olacaq

bu-gun-puskatma-olacaq
Oxunma sayı: 1068



“Qafqazinfo”nun “Apasport.az” saytına istinadən məlumatına görə, İsveçrənin Nyon şəhərindəki püşkatmada 29 cütlük müəyyənləşəcək. Bunları təşkil edəcək tərəflərdən 40-ı II təsnifat mərhələsinin cütləridir. Digər 18 klub isə birbaşa mübarizəyə qoşulanlardır. Onlar arasında “Lion”, “PSV, “Torino”, “Brügge” kimi tanınmış klublar da var.

 Azərbaycan təmsilçiləri “Neftçi” və “İnter”in yer aldığı cütlər fərqli səbətlərdədir. Güclü İsveç klubu “Elfsborq”la qarşılaşan “bankirlər” səpələnmiş kimi mərhələ adlaya bilər. “Neftçi” isə Sloveniya “Koper”i ilə görüşdüyündən zəiflər arasındadır.

 Lakin səfərdə 1:0 hesabı ilə qalib gələn “İnter” üçün püşk daha maraqlıdır. Çünki öz meydanında 1:2 hesabı ilə yenilən “ağ-qaralar” növbəti mərhələdən əvvəl Sloveniya səfərini düşünməlidir.

 Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

 Səpələnmişlər

 “Lion” (Fransa)

PSV (Hollandiya)

“Viktoriya” (Çexiya)

“Brügge” (Belçika)

“Hapoel” (Təl-Əviv, İsrail) – “Astana” (Qazaxıstan) cütünün qalibi

ÇFR (Rumıniya) - “Yaqodina” (Serbiya) cütünün qalibi

“Real Sosyedad” (İspaniya)

“Yanq Boyz” (İsveçrə)

“Mayns” (Almaniya)

“Nomme Kalyu” (Estoniya) - “Lex” (Polşa)

“Hall Siti“ (İngiltərə)

Slovan” (Çexiya) - “Koşitse” (Slovakiya)

“Çernomorets” (Ukrayna)

“Bursaspor” (Türkiyə) - “Çixura” (Gürcüstan)

“Torino” (İtaliya)

“Kayrat” (Qazaxıstan) - “Esbyerq” (Danimarka)

“Rio Ave” (Portuqaliya)

“Dinamo” (Moskba, Rusiya)

“Zulte-Varegem” (Belçika) - “Zavişa” (Polşa)

“Rusenborq” (Norveç) – “Sliqo Rovers” (İrlandiya)

“Elfsborq” (İsveç) – “İNTER” (AZƏRBAYCAN)

“Buduçnost” (Monteneqro) - “Omoniya” (Kipr)

“Hayduk” (Xorvatiya) - “Dandalk” (İrlandiya)

“Atromkiitos” (Yunanıstan)

“Kalev” (Estoniya) - “Krasnodar” (Rusiya)

“Molde” (Norveç) - “Nova Qoritsa” (Sloveniya)

“Lütsern” (İsveçrə) - “Sent-Conston” (Şotlandiya)

MOİK (Bolqarıstan) - “Zimbru” (Moldova)

“Riyeka” (Xorvatiya) - “Ferentsvaroş” (Macarıstan)

 Səpələnməmişlər

 “Bröndbü“ (Danimarka)

“Astra” (Rumıniya)

“Karabükspor” (Türkiyə)

“Ermis” (Kipr)

“Hapoel” (Kiryat-Şmona, İsrail)

Dyor ETO” (Macarıstan) - “Höteborq” (İsveç)

“Jelezniçar” (Bosniya və Herseqovina) – “Metallurq” (Makedoniya)

 “Dinamo” (Belarus) – “Fulafyordur” (Farer adaları)

“Neman” (Belarus) – “Hafnarfyordur” (İslandiya)

“Hapoel” (Beer-Şeva, İsrail) - “Split” (Xorvatiya)

 “Vikinqur” (Farer adaları) - “Tromse” (Norveç)

“Petrolul” (Rumıniya) - "Flyamurtari" (Albaniya)

“Çukariçki” (Serbiya) - “Qrödiq” (Avstriya)

“Mozervell” (Şotlandiya) – “Styarnan” (İslandiya)

“Spartak” (Trnava, Slovakiya) - “Zestafoni” (Gürcüstan)

“Kruzaders” (Şimali İrlandiya) - “Brommapoykarna” (İsveç)

“Aberdin” (Şotlandiya) - “Qroningen” (Hollandiya)

“Neftçi” (Azərbaycan) - "Koper" (Sloveniya)

“Linfild (Şimali İrlandiya) - AİK (İsveç)

“Atlantas” (Litva) – “Şaxtyor” (Qazaxıstan)

“Derrri Siti” (İrlandiya) – “Şaxtyor” (Belarus)

“Botev” (Bolqarıstan) – “Sankt-Polten” (Avstriya)

“Mlada Boleslav” (Çexiya) – “Şiroki Briyeq” (Bosniya və Herseqovina)

“Sarayevo” (Bosniya və Herseqovina) – “Hoqesun” (Norveç)

“Rux” (Polşa) – “Vaduts” (Lixtenşteyn)

“Asteras” (Yunanıstan) - “Rovaniemi” (Finlandiya)

“Laçi” (Albaniya) - “Zarya” (Ukrayna)

“Trençin” (Slovakiya) - “Voyvodina” (Serbiya)

“Veris” (Moldova) - “Liteks” (Bolqarıstan) cütünün qalibi - “Dioşdyor” (Macarsıtan) cütünün qalibi