Bu gün qar, sabah günəş

bu-gun-qar-sabah-gunes
Oxunma sayı: 645

“Qafqazimfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, martın 18-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-2 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz saatlarında əsasən dağlıq rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə şaxta olacağı gözlənilir.