“Qarabağ” Polşadan məğlub qayıdır - Yenilənib+Video

qarabag-polsadan-meglub-qayidir
Oxunma sayı: 8499

Bu gün ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” yeni mövsümdə ilk matçına çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun komandası qitənin bir nömrəli yarışının 1-ci təsnifat mərhələsində Polşa “Lex”i ilə qarşılaşacaq.
 
“Köhlən atlar” “Lex”lə ilk matçını Polşada keçirəcək. Qarşılaşma 22:00-da start götürəcək. 
 
Komandaların cavab matçı bir həftə sonra Bakıda baş tutacaq.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun
5 iyul
 
22:00. Lex - Qarabağ - 1:0

Qol: Mikael İshak, 40
Hakimlər: Xose Luis Munuera, Pau Sebrian Devis, Antonio Ramon Martines Moreno, Xorxe Figeroa Vaskes (hamısı İspaniya).
Polşa, Poznan.

***

Start heyətlər:

"Lex": 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboşu, 6. Yesper Karlström, 9. Mikael İshak, 16. Antonio Miliç, 21. Mixal Skuras, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 37. Lubomir Şatka

Ehtiyat oyunçular: 35. Filip Bednarek, 3. Barri Duqlas, 7. Afonso Souza, 10. Dani Ramires, 14. Georgi Tsitaişvili, 17. Filip Şimçak, 20. Maksimilian Pinqot, 30. Nika Kvekveskiri, 44. Alyan Çervinski, 50. Adriel Ba Lua, 90. Artur Sobeh

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev 2. Qara Qarayev 5. Maksim Medvedev, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 4. Rahil Məmmədov, 8. Marko Yankoviç, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

***

Oyun başladı.

***

40-cı dəqiqədə meydan sahibləri hesabı açır. Mikael İshak topu komandamızın qapısından keçirir  - 1:0.

“Lex” “Qarabağ”la oyunda hesabı belə açdı

***

İlk hissə başa çatdı.

***

İkinci hissə başladı.

***

Qarşılaşma Polşa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatdı. Komandalar arasında cavab matçı 1 həftə sonra Bakıda baş tutacaq.