“Qafqazinfo”nun məlumatına görə, qasırğa fəsadlarının aradan qaldırılması və nəqliyyat hərəkətinin azaldılması məqsədi ilə bu addım atılıb.
Ötən gün hökümət bu barədə qərar qəbul edib. Qərar fəlakətin yaratdığı dağıntıları aradan qaldırılması ilə birbaşa məşğul olan müəssisələrə şamil olunmayıb. Bu müəssisələr Fövqəladə qərargah, Tiflis İcra Hakimiyyəti, Gürcüstan DİN və Maliyyə nazirliyidir.
Qeyd edək ki, ölkə paytaxtında iyunun 13-dən 14-nə keçən gecə qasırğa baş vermiş, təbii fəlakət nəticəsində ölənlərin sayı 12-yə çatıb, 50 nəfər yaralanıb.
Hadisə zamanı 24 nəfərdən artıq insanın itkin düşdüyü bildirilib.
Son xəbərlər
Son Xəbərlər