Bu gün Topaz Premyer Liqasında 22-ci tura yekun vurulur.
“Qafqazinfo” futbolinfo.az-a istinadən xəbər verir ki, son oyun günündə “Xəzər Lənkəran” doğma divarlar arasında “Zirə”yə 0:2 hesabı ilə uduzub.
Lənkəranda klubunun mərkəzi stadionundakı matçdan sonra "CBC Sport"a açıqlama verən ev sahibi komandanın baş məşqçisi Elbrus Məmmədov məğlubiyyəti belə şərh edib:
"Rəqibi təbrik edirəm. Həqiqətən də, çox yaxşı təşkil olunmuş komandadı. Belə komanda yaratdığı üçün Adil müəllimi şəxsən təbrik edirəm. Hər şeydə əl işi görünür. Özümüzə gəldikdə isə, bu gün qol vurmağı çox istəyirdik. Həftə ərzində bütün məşqlərimiz bunun üzərində qurulmuşduq. Yenə də, qismət. Ümid edirəm ki, gələcəkdə bu səhvləri aradan qaldırarıq. Bizdə yeganə çatışmazlıq qol vurmamağımız idi. Qol vurmaq lazımdı ki, komandada əhval-ruhiyyə daha da yüksəlsin. Bunu əzmkarlıqla birləşdirəndə pis komanda yaranmayacaq. Gələcəyə ümidlə baxırıq".
Son xəbərlər
Son Xəbərlər