Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri 4-5 avqust saat 19:00-da Fəvvarələr Meydanında baş tutacaq.
"Qafqazinfo" xəbər verir ki, bu həftənin konsert proqramında tanınmış müğənnilər Lalə Məmmədova və Niyam Salami maraqlı repertuarla paytaxt sakinləri və qonaqlarının görüşünə gələcək.
Son xəbərlər
Son Xəbərlər