Bu gün Rza Zərrab hakim qarşısına çıxacaq

bu-gun-rza-zerrab-hakim-qarsisina-cixacaq
Oxunma sayı: 980

Mayamidə həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrab bu gün hakim qarşısına çıxacaq.

Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, Zərrabın məhkəməsi Türkiyə vaxtilə 17:00-da Manhettendə başlayacaq.

Bu barədə yazan hakim Preet Bharara Twitter hesabında “Rza Zərrab səhər 10-da (Nyu-york vaxtilə) Manhetten Federal Məhkəməsində hakim Riçard Bermanın qarşısına çıxacaq” –deyə açıqlama yayıb.

Xatırladaq ki, Rza Zərrab həyat yoldaşı Ebru Gündeşlə martın 19-u İstanbuldan Mayamiyə gedib və orada dərhal sonra həbs edilib. Onun adı rüşvət qalmaqalında hallanır.

Aysel Kərimova