Bu gün şəhərə çıxa bilməyənlər üçün - Fotosessiya

bu-gun-sehere-cixa-bilmeyenler-ucun
Oxunma sayı: 10163

Bakıda dünən axşamdan başlayan qarlı-çovğunlu hava şəraiti səngisə də, şaxta hələ də davam edir. 

Hazırda küçələrdə az sayda insana rast gəlinir. Qarlı hava küçələrdə buzlaşma yaratdığından piyadalar hərəkət etməkdə çətinlik çəkir. Kafe və restoranlarda isə demək olar ki, müştəri yoxdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, 2012-ci ildən sonra fevral ayında belə kəskin hava şəraiti qeydə alınmayıb.

“Qafqazinfo”nun fotoqrafı Nuran Məmmədovun şəhərin mərkəzi küçələrində çəkdiyi fotoları təqdim edirik: