Bu gün sınaq imtahanı keçirilir

bu-gun-sinaq-imtahani-kecirilir
Oxunma sayı: 1104

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanı keçirir.

“Qafqazinfo” xəbər verir ki, imtahanlar 12 şəhər və rayonda- Bakı, Sumqayıt, Xırdalan, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmazda baş tutur. 
 
Birinci növbə üzrə keçirilən sınaq imtahanı 11:00-da başlayacaq. İştirak üçün 29 925 nəfər qeydiyyatdan keçib.