Bu gün “Son Zəng”dir

bu-gun-son-zengdir
Oxunma sayı: 1307

Bu gün Azərbaycanda məktəblilər üçün "Son zəng" çalınacaq.

“Qafqazinfo” xəbər verir ki, artıq bir neçə ildir ki, Nazirlər Kabinetinin qərarı ilə “Son zəng” iyunun 14-də olur. Əvvəllər bu tədbir mayın 25-nə təsadüf edirdi.

Keçiriləcək tədbirlərlə bağlı paytaxt polisi ümumtəhsil məktəblərinin ətrafında təhlükəsizlik tədbirləri həyata keçirib.

Bu il Azərbaycanda respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagirdin bitirəcəyi gözlənilir.

2017-2018-ci tədris ilinin əvvəlində 164 945 nəfərin I siniflə gedəcək.