Bu gün Tofiq Yaqublunun məhkəməsi olacaq - Yenilənib

Bu gün Tofiq Yaqublunun məhkəməsi olacaq
Oxunma sayı: 3358

Həbsdə olan və məhkəmənin hökmünə etiraz olaraq iki həftədən çoxdur aclıq aksiyası keçirən Tofiq Yaqublunun azadlığa buraxılması üçün məhkəməyə müraciət olunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb. O bildirib ki, Tofiq Yaqublunun səhhətində olan kritik vəziyyəti nəzərə alaraq, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verilib.

***

Daha sonra vəkil Elçin Sadıqov bildirib ki, vəsatətə bu gün saat 16:00-da hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq.

Bundan başqa, bu gün eyni prosesdə apelyasiya şikayəti ilə bağlı ilkin baxış iclası da keçiriləcək. 

Qeyd edək ki, daha öncə apelyasiya şikayəti 28 sentyabra təyin edilmişdi. 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi