Bu gün üç oyun var

bu-gun-uc-oyun-var
Oxunma sayı: 704

Günün ilk oyununda “Qəbələ” öz meydanında “Neftçi”ni qəbul edəcək. Toni Admasın gözlənilmədən istefa verməsi Qəbələ təmsilçisinin işini daha da çətinə salıb. Son turlar uğursuz çıxışları ilə diqqət çəkən “Qəbələ”nin “Neftçi” ilə görüşdə necə təsir bağışlayacağı böyük maraq doğurur.

“Neftçi”də isə hər şey qaydasında gedir. Son turda əzəli rəqibi “Xəzər Lənkəran” üzərində 5:0 qələbə qazanan paytaxt klubu Qəbələyə də 3 xal dalınca gəlib. Dünən keçirilən oyunda “Xəzər Lənkəran”ın xal itirməsi bunu deməyə əsas verir. “Neftçi” qələbə qazanacağı təqdirdə zirvəni ələ keçirəcək.

Paytaxtın digər komandası “Bakı” isə bu turda Tovuzun “Turan” klubu ilə qarşılaşacaq. Ötən turda səfərdə “Kəpəz”ə 3:1 hesabı ilə qalib gələn Aleksandr Starkovun komandası bu oyunda da 3 xalı hədəfləyir. Çempionluq yolunda mübarizə aparan “Bakı”nı bu görüşdə yalnız qələbə qane edir.

Son günlər sıxıntılı günlər yaşayan “Turan” klubunda vəziyyət heç də ürəkaçan deyil. Hazırda 10 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşan Tovuz təmsilçisi təhlükəli zonadan uzaqlaşmaq niyyətindədir. Lakin Əsgər Abullayevin komandası Bakıdan xal aparacağı inandırıcı görünmür. Bununla belə, “Turan” bir sürprizə imza ata bilər.

Turun mərkəzi qarşılaşması isə “Şəfa” stadionunda baş tutacaq. Burada “İnter” və “Qarabağ” klubları üz-üzə gələcəklər. Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan bu komandaların dueli böyük maraq doğurur. Geridə qalan 8 turda məğlubiyyət üzü görməyən “İnter” klubu bu seriyanı “Qarabağ”la oyunda davam etdirmək istəyir.

Ağdam təmsilçisi isə çempionluq yolunda mübarizədə rəqiblərindən uzaqlaşmamaq üçün bu görüşdə mütləq qələbə qazanmalıdır. Əls təqdirdə Qurban Qurbanovun komandası işini daha da çətinə salacaq. Bununla belə, “Qarabağ” bu oyunda qələbə qazanacağı təqdirdə belə 4-cü pillədə qalacaq.


20 noyabr (bazar)

Premyer Liqada XIII turun oyunları

14:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Ramil Diniyev, Rza Məmmədov, Yaşar Abbasov, Fuad Həsənov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Gülağa Cabarov
Qəbələ şəhər stadionu.

14:30. “Bakı” – “Turan”
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, Coşqun Həsənov, Rövşən Əhmədov
AFFA nümayəndəsi: Ramiz Əliyev
Hakim-inspektor: Məhəmməd Məmmədov
“Bakı” futbol klubunun təlim-məşq bazasının stadionu.

18:00. “İnter” – “Qarabağ”
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Namiq Hüseynov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əli Hüseynov
“Şəfa” stadionu.



19 noyabr (şənbə)

16:30. “Xəzər Lənkəran” – “Rəvan” - 1:1
Lənkəran şəhər mərkəzi stadionu. 6000 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Munis Abdullayev, Rahil Ramazanov
Dördüncü hakim: Anar Göyçayski
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asif Namazov
Sarı vərəqələr: Adrian Pit, 23 (hakimin qərarına etiraz); Elnur Allahverdiyev, 84 (rəqibə badalaq vurduğuna görə) // Samuel Barlay, 30 (düşünmədən rəqibin ayağına zərbə); Reis Klaudinei, 83 (oyunun vaxtını uzatdığına görə)
Qollar: Rahid Əmirquliyev, 88 // Kristian Torres, 90+1
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

“Xəzər Lənkəran”: 85. Kamal Bayramov, 2. Elnur Allahverdiyev, 7. Katalin Doman (18. Alim Qurbanov, dəq.80), 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev (32. Mario Rosas, dəq.61), 11. Andrei Mureşan, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 22. Antonio Semedov, 23. Şəhriyar Xəlilov
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 3. Elvin Beqiri, 17. Zahid Quliyev, 20. Eldar İsmayılov, 27. Habil Nurəhmədov
Baş məşqçi: Mirça Rednik


“Rəvan”: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 5. Natiq Kərimi, 7. Reis Klaudinei (30. Şarapudin Şalbuzov, dəq.90+2), 8. Tural Axundov, 11. Şeriff Suma, 13. Fərid Həşimzadə, 17. Ramazan Abbasov (90. Sergey Çernışev, dəq.89), 18. Samuel Barlay, 20. Kristian Torres, 24. Hüseyn İsgəndərov
Ehtiyat oyunçular: 61. İvan Vasilyev, 16. Fərrux Rəhimov, 21. Anar Qasımov, 22. Amid Hüseynov, 25. Səbuhi Həsənov
Baş məşqçi: Vladislav Qədirov


16:00. AZAL – “Kəpəz” - 2:0
“AZAL Arena” stadionu. 1000 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Ramiz Əsədov, Knyaz Əmiraslanov
Dördüncü hakim: Teymur Fərhadov
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Xaqani Məmmədov
Sarı vərəqələr: Aqil Nəbiyev, 51 (qeyri-idman hərəkəti) // Renat Sultanov, 73 (qeyri-idman hərəkəti); Cavad Mirzəyev, 81 (bilərəkdən əl ilə oyun)
Qollar: Bronislav Arsenjeviç, 38; Tales Şütz, 59
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

AZAL: 12. Cahangir Həsənzadə, 16. Bronislav Arsenijeviç, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 2. Robert Petrov, 11. Zohair Benouahi,(15. Georgi Bogihu, dəq.74), 17. Viktor İqbekoyi, 8. Elşən Məmmədov, (88. Ervin Bulku, dəq.70), 10. Nuqzar Kvirtiya, (7. Tərlan Xəlilov, dəq.87), 20. Mansur Limani, 23. Tales Şütz
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 9. Vüsal Qarayev, 19. Hüseyn Axundov, 14. Orxan Səfiyaroğlu
Məşqçi: Rafiq Mirzəyev

“Kəpəz”: 22. Konstantin Kolesnikov, 4. Azər Məmmədov (k), 5. Muammer Erdoğdu, 6. Vasif Əliyev (14. Dmitri Parxaçov, dəq.46), 7. Asif Qədiri (23. Junivan Suares, dəq.46), 8. Armand Feutchine, 18. Nikolay Svejentsev, 27. Pərvin Paşayev, 28. Milan Antiç (17. Renat Sultanov, dəq.51), 30. Yuri Fomenko, 34. Cavad Mirzəyev
Ehtiyat oyunçular: 1. Tural Abbaszadə, 11. Sabir Allahquliyev, 15. Şahin Kərimov, 19. Zaur Əsədov
Baş məşqçi: Mehman Allahverdiyev


16:00. “Simurq” – “Sumqayıt Şəhər” - 1:0
Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionu. 1000 tamaşaçı
Baş hakim: Anar Salmanov
Baş hakimin köməkçiləri: Vaqif Musayev, Elşən Acalov
Dördüncü hakim: Rauf Cabbarov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sarı vərəqələr: Aleksandr Şemonayev, 40 (qeyri-idman hərəkəti) // Timur İsrafilov, 76 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə)
Qol: Robertas Poşkus, 80
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.


“Simurq”: 32. Adnan Hodziç, 2. İlkin Qırtımov, 13. Aleksandr Şemonayev (k), 79. Vidas Alunderis, 17. Rüstəm Məmmədov, 6. Mikayıl Rəhimov, 28. Yevgeni Şmakov, 77. Daniel Genov, 10. Tofiq Mikayılov (8. Qərib İbrahimov, dəq.85), 14. Andreys Rubins (9. Əli Bağırov, dəq.81), 11. Robertas Poşkus (21. Kristaps Qrebis, dəq.88)
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 15. Anar Həsənli, 5. Rəşad Eyubov, 23. Ruhid Usubov
Baş məşqçi: Sergey Yuran


“Sumqayıt Şəhər”: 55. Andrey Popoviç, 2. Slavik Alxasov, 20. Timur İsrafilov, 22. Ruslan Tağızadə, 52. Bədavi Hüseynov, 16. Hacı Əhmədov, 47. Abdulla Abatsiyev, 8. Emin Mustafayev (k) (7. Mahmud Qurbanov, dəq.71), 90. Eldar Məmmədov (15. Aleksandr Qross, dəq.64), 19. Orxan Əliyev (70. Şamil Camaləddinov, dəq.79), 11. Kamil Nurəhmədov
Ehtiyat oyunçular: 1. Emil Balayev, 77. Samir Yusifov, 21. Murad Səttarlı, 27. Ramil Həşimzadə,
Baş məşqçi: Bernhard Raab