Bu gün Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, erməni həmkarı Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan açıqlayıb.
Xatırladaq ki, Azərbaycan və Ermənistanın XİN rəbərləri NATO sammitində iştirak etmək üçün ABŞ-də səfərdədirlər.