Bu gün və sabah Yasamalla Səbailin su problemi olacaq

bu-gun-ve-sabah-yasamalla-sebailin-su-problemi-olacaq
Oxunma sayı: 644

Qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti boyunca çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması və siyirtmələrin quraşdırılması işləri aparılır. Bununla əlaqədar iyun ayının 14-15-də paytaxtın Yasamal və Səbail rayonlarının bəzi yerlərinə - Mətbuat və Parlament prospektlərinə, Zahid Xəlilov küçəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Nigar Məmmədli