Bu gün Yunanıstan-Çexiya, Polşa-Rusiya qarşılaşması olacaq

bu-gun-yunanistan-cexiya-polsa-rusiya-qarsilasmasi-olacaq
Oxunma sayı: 635

Qol.Az-ın məlumatına görə, Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçiriləcək turnirin beşinci günündə daha iki qarşılaşma baş tutub.

İlk öncə meydana Yunanıstan və Çexiya yığmaları çıxacaq. İlk görüşdə Polşa ilə heç-heçə edən (1:1) Yunanıstan millisi turnirdə ilk qələbəsini qazanmaq niyyətindədir. Çexiya da bu oyunda 3 xal qazanmaqla qrupdan çıxmaq şansını saxlamağa çalışacaq.

Günün son qarşılaşmasında isə meydan sahibləri olan Polşa millisi Rusiya yığmasını sınağa çəkəcək. İlk görüşdə Çexiyanı 4:1 hesabı ilə darmadağın edən Rusiyanı bu görüşdə 1 xal da qane edir. Lakin Polşa millisi vəziyyətini çətinləşdirməmək üçün bu görüşdə mütləq qələbə qazanmalıdır.