Bu gündən Azərbaycanda “AstraZeneca”nın tətbiqinə başlanılır

Bu gündən Azərbaycanda “AstraZeneca”nın tətbiqinə başlanılır
Oxunma sayı: 1152

Bu gündən Azərbaycanda “COVID-19” xəstəliyinə qarşı İngiltərənin Oxford Universitetinin istehsalı olan “Vaxzevria” (istehsalçı şirkət “AstraZeneca”) vaksininin tətbiqinə başlanılır.

“Qafqazinfo” xəbər verir ki, peyvənd ilkin olaraq 60 yaş və daha yuxarı şəxslərə vurulacaq.

Peyvəndin Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiqi nəzərdə tutulub. Bunun üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılacaq.

Xatırladaq ki, “COVAX” platforması çərçivəsində Azərbaycana 84 000 doza “Vaxzevria” peyvəndi gətirilib. Peyvənddən istifadəni ÜST təsdiqləyib.

Gülnar Əliyeva