Bu gündən COVID pasportu olmayanların bu yerlərə girişi qadağandır!

bu-gunden-covid-pasportu-olmayanlarin-bu-yerlere-girisi-qadagandir
Oxunma sayı: 8324

Bu gündən etibarən qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olanlar istifadə edə biləcək.

“Qafqazinfo” xəbər verir ki, Operativ Qərargahın qərarına əsasən, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:

- ictimai iaşə müəssisələrində;

- mehmanxanalarda;

- iri ticarət mərkəzlərində.