Bu gündən onlayn müsahibələrə başlanıldı

bu-gunden-onlayn-musahibelere-baslanildi
Oxunma sayı: 2766

Tədrisi digər dildə aparılan və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların onlayn müsahibələrə qeydiyyatı təxirə salınıb. 

Təhsil Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, müsahibələr üçün qeydiyyata iyunun 1-dən start veriləcək. Bu gündən isə tədrisi digər dildə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar üçün onlayn müsahibələrə başlanılıb.

İyun ayı ərzində müsahibənin keçirilmə tarixi barədə mobil nömrəyə SMS bildiriş göndəriləcək, eyni zamanda bu məlumatlar valideynin şəxsi kabinetində bildiriş formasında öz əksini tapacaq.

Qeyd edək ki, I sinfə qeydiyyat www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.