Bu gündən qadağandır... - Fotosessiya+ Video

bu-gunden-qadagandir
Oxunma sayı: 18273

Xəbər verdiyimiz kimi, bu gündən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib. Belə ki, görülən işlər çərçivəsində bu gün saat 00:00-dan etibarən bulvar, park və istirahət məkanlarında insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılıb.

“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynal səhər saatlarında Filarmoniya, M.Ə. Sabir, M.F.Axundov bağlarında, Dənizkənarı Milli Park, Səməd Vurğun və “Sevirəm” parklarında olub, qadağadan sonra boş qalmış istirahət məkanlarını, ərazilərdə görülən dezinfeksiya işlərini kadra alıb.

Qeyd edək ki, xüsusi karantin rejimi aprelin 20-dək davam edəcək.