13 may tarixindən etibarən vətəndaşların kart hesabına birdəfəlik müavinətlər köçürülməyə başlanılıb. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə may ayında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.
“Qafqazinfo” xəbər verir ki, ötən həftə Rabitəbank tərəfindən 28 500 nəfərdən çox vətəndaşa birdəfəlik ödəmələrin təqdim olunması üçün verilən lokal plastik kartlara bu gündən etibarən vəsaitin köçürülməsinə başlanılıb.
Vətəndaşlar onlar üçün təyin olunmuş müavinətləri istənilən Rabitəbank ATM-lərindən nağdlaşdıra biləcəklər.
Rabitəbank Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-ı, Rabitəbank Mobile adlı mobil əlavəsi, İnternet Bankinq və RabitaBot adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Son xəbərlər
Son Xəbərlər