Bu günə qədər 31 qaziyə əlillik təyinatı verilib

bu-gune-qeder-31-qaziye-elillik-teyinati-verilib
Oxunma sayı: 1472

“Bu günə qədər 31 Vətən müharibəsi iştirakçısına əlillik təyinatı verilib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdul-Qədirov tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlər və hədəflərə dair mətbuat konfransında bildirib. 

Agentlik sədri qeyd edib ki, əlillik təyin olunandan sonra həmin şəxslər reabilitasiyaya cəlb olunur. Onlar 2-3 həftə ərzində protezlə təmin olunurlar.

C. Əbdul-Qədirov bildirib ki, 2021-ci ildə bütün Vətən müharibəsi qaziləri protezlə təmin olunacaq. 

“Agentlik daxilində yaradılan işçi qrup tərəfindən 3000 qazi ailəsi ziyarət olunub. 300-dən çox qazinin səhhətində geridönməz proseslərin olduğu müəyyən olunub”.

Gülnar Əliyeva