Bu günün havası

bu-gunun-havasi
Oxunma sayı: 673

Temperatur gecə 4-7° isti, gündüz 17-20° isti olacaq. Bakıda gecə 4-6° isti, gündüz 17-19° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 750 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 55-60 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 0-5° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 1-6° isti, gündüz 14-19° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 8-13° isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 5-10° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 3-7° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər dağlarda duman olacaq.
Temperaturun gecə 4-7° isti, gündüz 14-18° isti, dağlarda gecə 1° şaxtadan 4-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.