“Bu güzəştlər büdcəyə 10 milyona başa gələcək” - Yenilənib

bu-guzestler-budceye-10-milyona-basa-gelecek
Oxunma sayı: 2493

“Media subyektlərinə tətbiq edilən vergi güzəştləri dövlət büdcəsinə 10 milyon manata başa gələcək”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin iclasında media subyektlərinə güzəştlərin tətbiqi il bağlı Vergi Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı deyib. 

“Azərbaycandan xaricə milyonlarla reklam pulları axır. Sosial şəbəkələrə baxsaq, bunu görə bilərik. Bu gün sosial şəbəkələr reklam baxımından media subyektlərini üstələyir, onların daha çevik alətləri var. Amma bu qanuna vergi dəyişiklikləri media subyektlərinə də daha çevik işləməyə imkan verəcək”,- deyə deputat bildirib.

***

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Vergi Məcəlləsinə təklif olunan dəyişiklik qəbul edildikdən sonra medianın maliyyə sahəsində şəffaflanmasına, eləcə də reklam bazarında canlanmaya şərait yaradacaq. 

Onun sözlərinə görə, agentliyin biznes subyektləri, sahibkarlarla görüşü nəzərdə tutulur: “Bu görüşdə çalışacağıq ki, sahibkarlarımızın, biznes subyektlərimizin reklama dəstək verməsi üçün onlara nələrə lazım olduğunu öyrənək, eləcə də qanunvericilikdə hansı mexanizmlərin öz əksini tapa bilər onu müzakirə edək.  

İcraçı direktor qeyd edib ki, media subyektlərinin rəhbərləri ilə biznes subyektlərinin yaxın gələcəkdə bir platformada görüşlərini təşkil etmək istəyir: "Düşünürəm ki, bu görüşlərdən sonra ortaq bir fikrə gələ bilərik".

 

Zaur Mirzə