“Bu hadisələrdə iştirak etməmişik” - Ağ Ev

bu-hadiselerde-istirak-etmemisik
Oxunma sayı: 1341

ABŞ Livanda peycer və digər cihazların kütləvi partlayışlarında iştirakının olmadığını bəyan edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Con Kirbi açıqlama verib.

“Biz son günlərdə baş verən bu hadisələrdə heç bir şəkildə iştirak etməmişik”, - o bildirib.

Qeyd olunur ki, ABŞ Yaxın Şərqdə ikinci cəbhənin açılmasına qarşı çıxmaqda qərarlıdır.