Bu hallarda Fransada sosial şəbəkələr qadağan edilə bilər

bu-hallarda-fransada-sosial-sebekeler-qadagan-edile-biler
Oxunma sayı: 1422

Fransa Prezidenti Emmanuel Makron böhran vəziyyətində hakimiyyətin sosial şəbəkələri tənzimləmək və ya bağlamaq imkanına malik olduğunu bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Makron bu haqda iğtişaşlardan zərər çəkmiş kommunaların merləri ilə görüşdə danışıb.

“Sosial şəbəkələrdən qanunsuz toplantılar və ya sui-qəsd cəhdləri üçün istifadə olunan hallarda müzakirə ediləcək çox şey var”, - deyə Fransa Prezidenti bu məsələ ilə bağlı ayıq müzakirənin vacibliyini vurğulayıb.

Qeyd edək ki, iyunun 27-də Nanter şəhərində polis əməkdaşının yol hərəkətinə nəzarət zamanı 17 yaşlı əlcəzairli sürücünü güllələyərək öldürməsi ölkədə kütləvi narazılığa səbəb olub.