Bu hallarda SMS icazə tələb olunmur

bu-hallarda-sms-icaze-teleb-olunmur
Oxunma sayı: 14864

Nazirlər Kabineti yanında Operativ Qərargah SMS-icazənin tələb olunmayacağı halları açıqlayıb. 

"Qafqazinfo"ya daxil olan məlumata görə, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS - məlumatın göndərilməsi tələb olunmur.

Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS - məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.