Bu hava limanı fəaliyyətini birgünlük dayandırır

bu-hava-limani-fealiyyetini-birgunluk-dayandirir
Oxunma sayı: 4176

Yanvarın 25-də Berlin-Brandenburq hava limanında bir günlük tətil keçiriləcək.

"Qafqazinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Verdi” həmkarlar ittifaqı qərara gəlib.

Bildirilib ki, həmkarlar ittifaqı 6 min işçinin əməkhaqqının artırılmasını tələb edir. Həmçinin onlar əmək müqavilələrinin müddətini 12 ay müəyyən etmək istəyirlər.

Qeyd edək ki, reysləri ləğv edilən tarixdə 35 min sərnişinin uçması nəzərdə tutulub.