Bu həftəsonu qatarların hərəkət cədvəlində dəyişiklik ediləcək

bu-heftesonu-qatarlarin-hereket-cedvelinde-deyisiklik-edilecek
Oxunma sayı: 1818

Bakı metropoliteninin iş rejimində müvafiq dəyişikliklər ediləcək.

Metropolitendən “Qafqazinfo”ya verilən məlumata görə, “TEKNOFEST Azərbaycan” iştirakçılarının və izləyicilərinin rahatlığını təmin etmək məqsədilə tədbirin keçiriləcəyi 28 və 29 may tarixləri Azərbaycanda bayram və istirahət günləri olsa da, qatarların hərəkətinin, adi iş günlərində olduğu kimi, optimal qrafik üzrə tətbiq edilməsi qərara alınıb.

Xəbəri rus dilində oxuyun: Сельджук Байрактар за штурвалом истребителя - Видео

Bununla yanaşı, festival günlərində də ehtiyat qatarlar daim hazır saxlanılacaq.

“Bakmil” stansiyasına və əks istiqamətdə hərəkət edən sərnişinlərin diqqətinə çatdırılır ki, qeyd edilən günlərdə qatarların hərəkət cədvəli iş günləri qrafikinə uyğun tənzimlənəcək.