Bu həkimlərə 20 faiz əlavə ödəniləcək

bu-hekimlere-20-faiz-elave-odenilecek
Oxunma sayı: 2174

“Fizioterapiya prosedurunu həyata keçirən həkimlər tətbiq edilən xidmətin dəyərinin 20 faizi həcmində əlavələr alacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə “İcbari tibbi sığorta sistemində tibb işçilərinin əməkhaqlarının hesablanması qaydası” mövzusunda sualları cavablandırarkən deyib.

Y.Mahmudzadə əlavə edib ki, burada hər hansı bir məhdudiyyət, hədd yoxdur:

“Ay ərzində nə qədər prosedur həyata keçirəcəklərsə, həmin xidmətin sayından asılı olaraq, dəyərinin 20 faizi məbləğində əlavələr alacaqlar”.