Bu hərbçilərimiz hələ də itkindir - Fotolar

Bu hərbçilərimiz hələ də itkindir
Oxunma sayı: 3645

Xəbər verdiyimiz kimi, Vətən Müharibəsində itkin düşən və axtarışları davam edən yeddi hərbçidən birinin nəşi tapılıb. DNT analizləri nəticəsində nəşi tapılan hərbçinin gizir İxtiyar Əliyev olduğu təsdiqlənib.

“Qafqazinfo” xəbər verir ki, İkinci Qarabağ Müharibəsində itkin düşmüş altı hərbçimizin taleyi ilə bağlı məlumat yoxdur.

İtkin düşənlərdən biri leytenant, biri MAXE, dördü isə əsgərdir.

Onların siyahısını təqdim edirik:

Əsgər Feyzullayev Aydın Zakir oğlu

MAXE-əsgər Mehdiyev Asim Yaqub oğlu

Qədirli Elnur Rəcəb oğlu

Salamov Qorxmaz Bayram oğlu

Səfərli Xəqani İlqar oğlu

Leytenant Vəlizadə İbrahim Səməd oğlu

Xatırladaq ki, bir müddət əvvəl onlar barədə ətraflı məlumat təqdim etmişdik.

Həmçinin oxuyun: Ermənistanın taleyi barədə məlumat vermədiyi 7 itkin hərbçimiz... - Fotolar