Bu hərbçilərin övladlarına da sosial müavinət veriləcək

bu-herbcilerin-ovladlarina-da-sosial-muavinet-verilecek
Oxunma sayı: 3478

Prezident İlham Əliyev “Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik edib.

“Qafqazinfo” xəbər verir ki, sənədə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına “Sosial müavinətlər haqqında” qanuna uyğun olaraq aylıq müavinət ödəniləcək.

Qeyd edək ki, şəxs müddətli həqiqi hərbi xidmətdə olduğu müddətdə hər övladına aylıq 100 manat məbləğində sosial müavinət ödənəcək.