“Bu hissləri sözlərlə ifadə etmək olmur” - Renat Dadaşov

“Bu hissləri sözlərlə ifadə etmək olmur”
Oxunma sayı: 1571

Milli komandamızın hücumçusu Renat Dadaşov UEFA Millətlər Liqasında Slovakiya üzərində qazanılan qələbədən sonra sosial şəbəkə hesabında paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, matçda ilk qolun müəllifi olan 23 yaşlı forvard yığmada ilk qolu vurduğuna görə sevindiyini bildirib:
 
“Ölkəm üçün ilk qolumu vurdum. Bu hissləri sözlərlə ifadə etmək olmur. Möhtəşəm oyun üçün komandama təşəkkür edirəm. Bu qələbəni azarkeşlərimizin sayəsində qazandıq. Davam edirik”.