Bu hücumu da İŞİD öz üzərinə götürdü

bu-hucumu-da-isid-oz-uzerine-goturdu
Oxunma sayı: 1350


“Qafqazinfo”nun BBC-yə istinadən məlumatına görə, cihadçı qruplaşma bildirib ki, Garland şəhərindəki konfrans mərkəzinə hücumu “Xilafətin iki əsgəri” həyata keçirib.

İŞİD-ə məxsus əl-Bayan Radiosu sərgidə “Məhəmməd Peyğəmbərin negativ təsvir olunduğu" bildirib.

Bazar günü, sərgi binasının qarşısında atəş açan iki şəxs polisin cavab atəşilə öldürülüb. Atəş nəticəsində sərginin təhlükəsizlik əməkdaşlarından biri xəsarət alıb və hospitalda müalicə aldıqdan sonra buraxılıb.

Məhəmməd Peyğəmbərin karikaturaları sərgisində öldürülmüş silahlılardan biri əvvəllər terrorda şübhəli bilinib, məhkəmə sənədlərində göstərilir.

Elton Simpson 2006-cı ildən nəzarətdə olub və 2010-cu ildə Somaliyə getmək planları barədə yalan danışdığına görə məhkum edilib, sənədlərdən aydın olur.

O, Arizonada, rəsmilər tərəfindən digər silahlı kimi təqdim edilən Nadir Soofi ilə bir mənzildə qalıb.

Hər iki şəxs Dallas yaxınlığındakı konfrans mərkəzində atəş açdığına görə öldürülüb.

Simpson-un ailəsi bildirib ki, onun bu cür hücum həyata keçirəcəyinə dair heç bir məlumatları olmayıb.

“Əminik ki, bu ölkədə bir çox insan maraqlıdır ki, bizim Elton-un planından xəbərimiz olub ya yox. Biz demək istəyirik ki, heç şübhəsiz, olmayıb,” - vəkilin təqdim etdiyi bəyanatda deyilir.

Adı çəkilməyən ailə üzvlərinin adından verilən bəyanatda bildirilir ki, onun yaxınları “çox məyusdurlar və dərin sarsıntı keçirirlər”.

Müsabiqəni təşkil edən American Freedom Defense Initiative (AFDI) qrupu Məhəmməd Peyğəmbərə ən yaxşı karikatura müəllifinə 10 min dollar məbləğində mükafat təsis edib.

Bazar ertəsi Federal Təhqiqatlar Bürosunun (FBİ) əməkdaşları Simpson və Soofi-nin Foeniksdəki evində və evin yanındakı ağ furqon maşında axtarış ediblər.