“Bu idman növündə dopinq testi etdik, şoka düşdük” - AMADA-nın rəhbəri

bu-idman-novunde-dopinq-testi-etdik-soka-dusduk
Oxunma sayı: 2734

“Tokio-2020 Paralimpiya Oyunlarında yaxşı nəticə göstərən idmançılarımız üçün dopinq testləri çoxaldılacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbəri Şəfəq Hüseynli deyib.

O bildirib ki, həm yerli, həm də beynəlxalq səviyyədə dopinq testləri gücləndiriləcək:

“Lakin bir məsələ var ki, onlar üçün dopinq testləri fərqlidir. Çünki bu idmançılar elə dərmanlar istifadə edə bilər ki, onların tərkibində dopinqə düşən maddələr ola bilər”.

Ş. Hüseynli daha sonra bildirib: “Paurleftinqdə dopinq nəzarəti keçirdik və nəticədən şoka düşdük”.

Onun sözlərinə görə, test etdikləri zaman müxtəlif problemlərlə üzləşiblər: “O qədər zəng gəlirdi ki…Deyirdilər ki, bizi niyə test edirsiz? Biz dopinq yoxlamalarından keçmək istəmirik. Amma bizə məlumatlar daxil olmuşdu”.