“Bu, ikinci də, üçüncü dalğa da ola bilər”

bu-ikinci-de-ucuncu-dalga-da-ola-biler
Oxunma sayı: 2288

“Biz böyük dalğadan qurtulmuşuq. İkinci dalğa məsələsi bizdən çox soruşulur”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı “REACT-C19” layihəsinin ilkin nəticələrinə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda yoluxma saylarının artmasının ikinci dalğa olub-olmadığını bilmək üçün geriyə dönüb baxmaq lazımdır: “Bəli, karantin şərtləri yumşaldıldıqdan sonra yoluxmaların sayında artım oldu. Bu, ikinci də, üçüncü dalğa da ola bilər”. 

Hande Harmancı bildirib ki, tətbiq olunan yeni testlər mütəmadi olaraq yenilənir: “Testlər getdikcə təkmilləşir. Artıq xəstəliyi keçirib-keçirmədiyi ilə bağlı testlər istifadə olunur. Azərbaycan hökuməti hər zaman ən son testləri almağa çalışır”. 

Günel Hacı