Bu il 19 idmançıda dopinq aşkarlanıb

bu-il-19-idmancida-dopinq-askarlanib
Oxunma sayı: 806

2021-ci ildə 19 idmançıda dopinq aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu məlumatı Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbəri Şəfəq Hüseynli açıqlayıb.

O bildirib ki, bu idmançılardan 13-ü yeni, 6-sı isə ötən ildən nəzarətə götürülənlərdir:

“Pauerliftinqdə 5, güləşdə 2, paracüdo, cüdo, futbol və digər idman növlərində 1 dopinq qayda pozuntusu aşkarlanıb”.