Bu il 600-dan yuxarı bal toplayanların sayı məlum oldu -

bu-il-600-dan-yuxari-bal-toplayanlarin-sayi-melum-oldu-
Oxunma sayı: 1419


"Qafqazinfo" xəbər verir ki, TQDK-dan Modern.az-a verilən məlumata görə, builki qəbul imtahanlarında 738 nəfər 600-dən yuxarı bal toplayıb.

Abituriyentlərin qruplar üzrə bal göstəriciləri belədir: 

I qrup üzrə 10798 nəfər 200-dən yuxarı bal toplayıb.1838 nəfər 500-dən yuxarı, 581 nəfər 600-dən yuxarı, 228 nəfər isə 650-dən yuxarı bal toplayıb.

II qrup üzrə 9686 abituriyent 200-dən yuxarı nəticə göstərib. Bunlardan 1472 nəfəri 500-dən yuxarı, 422 nəfəri 600-dən yuxarı, 126 nəfəri isə 650-dən yuxarı bal toplayıb.

III qrup üzrə 10068 nəfər 200-dən yuxarı bal toplayıb ki, bunun da 2181 nəfəri 500-dən yuxarı, 660 nəfəri 600-dən yuxarı, 202 nəfəri isə 650-dən yuxarı bal toplayıb.

IV qrup üzrə 200-dən yuxarı 2646 abituriyent nəticə göstərib. 980 nəfər 500-dən yuxarı, 431 nəfər 600-dən yuxarı, 182 nəfər isə 650-dən çox bal toplayıb.

Qeyd edək ki, bu ilki qəbul imtahanlarında 15 nəfər 700 bal toplayıb. I qrup üzrə 7 nəfər, II qrup üzrə 3 nəfər, III qrup üzrə, 3 nəfər, IV qrup üzrə isə 2 nəfər maksimum nəticə göstərib.

“Qafqazinfo”