Bu il cəmi 47 nəfər Jurnalistikada təhsil alacaq

bu-il-cemi-47-nefer-jurnalistikada-tehsil-alacaq
Oxunma sayı: 994


"Qafqazinfo" xəbər verir ki, bunu Modern.az saytına Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən bildiriblər. 

Qeyd edilib ki, həmin gənclərdən 26-sı dövlət sifarişi, 21-i isə ödənişli əsaslarla təhsil alacaq. Jurnalistika fakültələrinə qəbul olunanlar aşağıdakı kimi bölünür:

Bakı Dövlət Universiteti – 40 nəfər

Azərbaycan Dillər Universiteti – 4 nəfər

Bakı Slavyan Universiteti – 2 nəfər

Naxçıvan Dövlət Universiteti- 1 nəfər

Qeyd edək ki, bu ildən etibarən Jurnalistika fakultəsinə ixtisas seçimi müsabiqə yolu ilə aparılıb. Müsabiqədən isə cəmi 51 nəfər məqbul qiymət alıb.